Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub

19:28 - 18 Yanvar 2018 - DÜNYA

Rumıniya prezidenti Klaus İohannis Avropa Parlamentinin üzvü, iqtidardakı Sosial Demokrat Partiyasından namizəd Viorica Dancilanı ölkənin baş naziri təyin edib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 54 yaşlı Dancila son 7 ay ərzində ölkənin 3-cü baş naziri olub.

Ölkə prezidenti parlamentdən Dancilanın təyinatını qısa müddət ərzində, fevralın 1-ə qədər təsdiqlənməsini tələb edib. Viorica Dancila Rumıniyanın ilk qadın baş naziridir. 


Qeyd edək ki, Rumıniyanın baş naziri Mixay Tudose vəzifəsindən istefa verib. 

Xəbər xətti