Fövqəladə vəziyyət 7-ci dəfə uzadılacaq

18:38 - 18 Yanvar 2018 - DÜNYA

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qərar Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul olunub.
 

Toplantıda Afrində antiterror əməliyyatının keçirilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması məsələləri müzakirə olunub.
 

Hər iki məsələ ilə bağlı yaxın zamanda Nazirlər Şurası toplantı keçirəcək.
 

Qeyd edək ki, 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddəti yanvarın 19-da başa çatır. Ötən müddət ərzində bu rejimin müddəti 6 dəfə uzadılıb.

Xəbər xətti