50 ştatdan ibarət ABŞ-da yeni ştat yaranır.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Kaliforniya ştatında bir qrup "Yeni Kaliforniya" adlı yeni ştat yaradıblar və müstəqilliklərini elan ediblər.
Amerika konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndini əsas göstərərək müstəqillik müraciəti edən Pol Preston açıqlama verib: "Bu prosesin necə işləyəcəyini müzakirə edirik. Özünü idarəetmə hüququnu qazanmadan əvvəl tələblərimizi və səbəblərimizi xalqa izah etmək üçün mitinqlər keçirməliyik". Bununla yanaşı, Preston ABŞ-dan yox, Kaliforniyadan ayrılmaq istədiklərini qeyd eib.
Preston səbəb olaraq "Kaliforniyanın sahilyanı əraziləri ilə daxili ərazilərinin fərqli gəlir səviyyəsində olmayaraq eyni qanun və vergi məcəlləsi ilə idarə edilməsini ədalətli hesab etmirik"-deyib.
Qanuni prosedur isə 10-18 ay ərzində tamamlanacaq. ABŞ konstitusiyasına görə isə, bir ştatın bölünmə qərarı son olaraq Senat tərəfindən təsdiqlənməlidir.