İstintaq Saakaşvilidən səs nümunələri götürdü

17:11 - 16 Yanvar 2018 - DÜNYA

Ukrayna Təhlükəsizlik Xidmətinin binasına ifadə verməyə gələn Mixail Saakaşvilinin səs nümunələri götürülüb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, istintaq hərəkətləri çərçivəsində istintaqçılar Saakaşvilinin səs nümunələrini də götürmək istəyiblər.

 
“Sorğu-sual 2 saata yaxın davam etdi. Bu gün səs nümunələrinin götürülməsi prosesi gedirdi. Bu istintaq hərəkəti çərçivəsində biz öz etirazımızı bildirdik.
Bu məsələdə istintaq tədbirləri yekunlaşıb”-deyə siyasətçinin vəkili Ruslan Çernolutski açıqlama verib.
 

Xəbər xətti