Suriyada 7 il davam edən vətəndaş müharibəsini başa çatdırmaq üçün Cenevrə görüşləri mövzusunda yeni bir açıqlama verilib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Suriya müxalifətinin müzakirəçisi Nasr Hariri yeni görüşlərin 24-26 yanvar tarixləri arasında Avstriyanın paytaxtı Vyanada keçirləcəyini bildirib.
Hariri, ABŞ-ın böyük müzakirələrə səbəb olan və PKK terror qruplaşmasının Suriya qolu sayılan YPG-nin əsasını təşkil edən "Sərhəd Qüvvələri"nin Suriyada parçalanmaya səbəb olacağını bildirib.