Etirazçılar polisə gözyaşardıcı qaz sıxdılar - Kiyevdə növbəti qarşıdurma

16:26 - 16 Yanvar 2018 - DÜNYA

Bu gün Kiyevdə Ali Rada qarşısında etiraz aksiyası keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, etirazçılar Donbassın reinteqrasiyası ilə bağlı qanun qəbul etməyi və Rusiyanı “aqressor” olaraq tanımağı tələb ediblər. 
 

Nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. Etirazçılar əvvəlcə özləri ilə gətirdikləri avtomobil təkərlərini, daha sonra Rusiya bayrağını yandırıblar. Bundan başqa, etirazçılar təhlükəsizlik qüvvələrinə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir nəfər xəsarət alıb. 
 

Situasiyanı nəzarətdə saxlamaq üçün paytaxtda təxminən 4 min hüquq-mühafizə orqanı keşik çəkir. 
 


Xəbər xətti