Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfər edəcəyi tarix bəlli olub
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, səfər fevralın 5-i Roma Papası I Fransiskin dəvəti əsasında baş tutacaq.
R.T.Ərdoğanın səfər çərçivəsində Roma Papası ilə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını müzakirə edəcəyi bildirilib.
Qeyd edək ki, bu səfər Türkiyə dövlət başçısının Vatikana son 59 ildə ilk səfəri olacaq.