Misir hökuməti tarixi eksponatların, eləcə də qədim abidə parçalarının ölkədən qanunsuz çıxarılmasına görə cəzanı sərtləşdirib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu cür fəaliyyəti həyata keçirən şəxslər ömürlük həbs cəzasına məhkum edilə və ya 500 min ABŞ dolları məbləğində cərimələnə bilər.
Misirdə “qara arxeoloqlar” kimi tanınan şəxslər ölkənin tarixi irsinə ən böyük təhlükə hesab olunur. Hər ay Misir hüquq-mühafizıə orqanları müxtəlif tarixi bölgələrdə onlarla qazıntı yerləri aşkar edir və yüzlərlə tarixi “brakonyer” həbs olunur.
Bu cür tarixi eksponatlar Misirdən çıxarılaraq fərdi kolleksiyaçılara satılır.