Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hazırda sakinlərin təxliyəsinin təşkil edilməsi üçün xüsusi yaradılmış 18 məntəqənin fəaliyyət göstərildiyi bildirilib.
Qeyd edək ki, daha öncə 12 mindən çox sakinin təxliyə olunması barədə xəbər yayılmışdı.
Hökumət evlərini tərk etmiş sakinləri hələ də geri qayıtmamağ çağırıb
Xatırladaq ki, Mayon vulkanı həftə sonundan başlayaraq kül sovurmağa başlayıb. Mütəxəssislər vulkanın yaxın günlərdə püskürə biləcəyini deyiblər.
Təxliyə zonasında dərslər dayandırılıb.
Sakinlərin təhlükəsiz yerlərə köçürülməsi prosesinə hərbçilər də cəlb olunub.