Türkiyənin Baş Qərargah rəisi Hulusi Akarın amerikalı həmkarı Josef Dunfordla bu gün görüşü gözlənilir.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, ordu generalı Akar NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüsselə səfər edib. Onun ABŞ-ın Baş Qərargah rəisi Dunfordla təkbətək görüşü nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ-ın Suriya-Türkiyə sərhədinə 30 minlik YPG qüvvələri yerləşdirməsi iki ölkə arasında gərginliyə səbəb olub. Türkiyə buna cavab olaraq Afrində terror təşkilatının hədəflərinə qarşı əməliyyata başlayacağını açıqlayıb.