Ramzan Kadırov Azərbaycanda tapılan 104 yaşlı qadına ev verdi

11:21 - 16 Yanvar 2018 - DÜNYA

Ramzan Kadırov Azərbaycanda tapılan və milliyətcə çeçen olduğunu bildirən 104 yaşlı qadına ev bağışlayıb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Mədinə Əliyeva Rusiya səfirliyinin sənəd işlərini həll etməsindən sonra xüsusi təyyarə ilə Çeçenistana gətirilib.
 
Ona Qroznı şəhərinin Oktyabr rayonunda mənzil verilib. Əhməd Hacı Kadırov Fondu tərəfindən verilən mənzildə Mədinə Əliyeva valideynlərini itirmiş 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman ilə birgə yaşayacaq.  

Xəbər xətti