Erməni məşqçi ömürlük cəzalandırıldı

11:18 - 16 Yanvar 2018 - DÜNYA

Özbəkistan millisinin sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Erməni əsilli özbəkistanlı məşqçi “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər etməkdə günahlandırılıb. Babayan həmçinin, oyunçu seçərkən daim tanış futbolçulara üstünlük verib, üstəlik, təcrübəli məşqçilərin, ekspertlərin fikirlərini nəzərə almayıb.

 
Bəyanatda o da qeyd olunur ki, sabiq baş məşqçi yığmaya oyunçu seçərkən onların səviyyəsinə fikir verməməklə ilk növbədə öz kommersiya maraqlarını güdürmüş.

 
Qeyd edək ki, Babayan ötən ilin sentyabr ayında DÇ-2018-ə vəsiqə qazanmadıqları üçün istefaya göndərilmişdi.

Xəbər xətti