Bir müddət əvvəl zorakılıqda ittiham edilən Kevin Speysiyə qarşı yeni ittiham irəli sürülüb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Kevin irqçilikdə günahlandırılır.
"VİP Protective Services" mühafizə şirkətinin 51 yaşlı əməkdaşı Erl Blu bu barədə məlumat verib.
Erl bildirib ki, bir serialın çəkilişində Speysi şirkətin qaradərili işçiləri ilə əl sıxışmaqdan imtina edib.
Bununla yanaşı Speysi qaradərililərin ünvanına təhqiramiz ifadələr işlədib. Aktyor təhlükəsizlik üzrə rəhbərə bildirib ki, qardərililər onun treylerinə baxmasınlar. Bundan sonra isə biədəb söyüş də söyüb.