2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürən tanınmış teleaparıcı Kseniya Sobçak özünün gələcək siyasi qərarlarından danışıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Sobçak jurnalistlərə açıqlama verib. O, jurnalistlərə açıqlamasında bildirib ki, siyasi partiya yaratmaq istəyir.
“Ola bilər mən siyasət adamı deyiləm. Bəlkə də, mən öz qərarlarımda yanılıram və xəyalpərəstəm. Lakin çox istəyirəm ki, siyasətləməşğul olub. Bundan sonra partiya yaratmaq istəyirəm. Əgər prezident seçilə bilməsəm, 2021-ci ildə Dövlət Dumasına seçkilərdə və 2024-cü ildə dövlət başçısının seçkilərində təkrar iştirak etmək istəyirəm”, - deyə Sobçak bildirib.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək. Seçki kampaniyası ötən ilin dekabr ayında başlayıb.