Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində III tura yekun vurulub.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib.
Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb. Turnirə 2,5 xal ilə Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.