Rusiya hərbi qüvvələri Suriyaya beş tondan artıq humanitar yardım göndərib.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə rus general-mayor Yuri Yevtuşenko Suriyadakı vəziyyətlə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, yardımın içərisində dərman pereparatları və insanın gündəlik təlabatı üçün lazım olan ərzaq olub.
“Bu gün Rusiyadan Suriyaya humanitar yardım göndərilib. Yardımlar böyük yük maşınları ilə aparılıb. Yüklərin içərisində dərman, məktəbli lavazımatları, insanın gündəlik təlabatı üçün lazım olan vəsaitlərvə ərzaq olub”, - deyə Yuri Yevtuşenko bildirib.
Məlumatda bildirilib ki, humanitar yardım aparan yük karvanını hərbçilər müşayət ediblər.