Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfər edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti də təsdiq edib.
Məlumatda deyilir: "Dövlət başçısı Vaşinqtondadır. Rəsmi görüş çərçivəsində Nursultan Nazarbayev ABŞ prezidenti Donald Trampla görüşəcək. Bununla yanaşı Nazarbayev ABŞ-ın bir sıra rəsmi şəxsləri ilə də görüşlər keçirəcək".
18 yanvar tarixində BMT Təhlükəsizlik Şurası üzvləri Nazarbayevin sədrliyi ilə debatlar keçirəcək. Debatların mövzusu "Kütləvi qırğın silahlarının yayılmaması: inam tədbirləri" olacaq.