Lavrov: "Rusiya Krımsız Ukraynanın ərazi bütövlüyünü tanıyır"

16:56 - 15 Yanvar 2018 - DÜNYA

Rusiyanın XİN rəhbəri Sergey Lavrov 2017-ci ilin yekunlarına dair mətbuat konfransı verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, konfransda Lavrov Ukrayna-Rusiya münasibətlərinə toxunub: "Rusiya, Krımın Rusiyaya birləşdirilməsindən sonra yaranan Ukrayna sərhədlərinə hörmətlə yanaşır".
 

Bir müddət "Vahid Rusiya" partiyasının deputatı Konstantin Zatulin dostluq, əməkdaşlıq və partnyorluq haqqında müqavilənin ləğvini tələb etmişdi. 
 

Lavrov qeyd edib ki, Rusiya Federasiyası Krım məsələsindən sonra yaranan Ukrayna ərazi bütövlüyünə hörmətlə yanaşır.
 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynaya Krımda olan hərbi gəmiləri və avia texnikanı verməyə hazır olduqlarını bəyan edib.

Xəbər xətti