Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə Ankarada səfərdədir.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, bölgədəki vəziyyət müzakirə edilib.
Məlumata görə, Qətər əmiri Ankarada 2,5 saat qalacaq.
Qeyd edək ki, şeyx Təmim bin Həməd Al Taniyə 2017-ci ilin sentyabrında Ankarada səfərdə olub. R.T.Ərdoğan isə Qətər əmiri ilə sonuncu dəfə 2017-ci il dekabrında görüşüb. Həmin vaxt Türkiyə prezidenti Qətərdə səfərdə olub.