Şotlandiyanın baş naziri Nikola Sterjen Birləşmiş Krallıq və Avropa İttifaqı arasındakı Breksit müqaviləsinin dəqiqliyə qovuşacağından sonra ikinci dəfə müstəqillik referendumu keçirib-keçirməyəcəklərinə qərar veriləcəyini bildirib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, baş nazir Sterjen məsələ ilə bağlı "BBC" kanalına müsahibə verib.
Nikola müsahibəsində "payız aylarında gələcəkdəki münasibətlərin necə olacağını dəqiqləşdirməliyik. Mən də o vaxt Şotlandiya üçün necə bir addım atmalı olacağımıza dair qərar verəcəm".
Qeyd edək ki, iki il əvvəl Şotlandiyada müstəqillik referendumu keçirilib. Amma səsvermədə iştirak edən yerli xalqın 55.4%-i Birləşmiş Krallığın tərkibində qalmağı üstün tutub.