İndoneziyanın paytaxtı Cakartada fond birjasının binası uçub.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsi tamam çöküb. Məlumata görə, hadisə nəticəsində 72 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Polis uçqunda bomba ehtimalı olub olmadığını araşdırır.