İngiltərə bütün ölkələri Şimali Koreyaya qarşı birləşməyə çağırdı

01:25 - 16 Yanvar 2018 - DÜNYA

İngiltərənin xarici işlər naziri Boris Conson dünya ictimaiyyətini Şimali Koreyanın nüvə proqramına qarşı birləşməyə çağırıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Boris Conson "Şimali Koreyanın qeyri-qanuni nüvə silahı istehsal etmək proqramı regional və beynəlxalq stabilliyə qarşı təhdiddir. Beynəlxalq ictimaiyyət bu məsələdə vahid olmalıdır"-deyib.

Nazir əlavə edib ki, Şimali Koreyaya qarşı sanksiyalar var. Amma diplomatik təzyiqi davam etdirmək lazımdır.

Xəbər xətti