Ərdoğan 2019-cu ildə prezident seçkilərində namizədliyini irəli sürəcək?

12:57 - 15 Yanvar 2018 - DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2019-cu ildə keçiriləcək dövlət başçısı seçkilərində öz namizədliyini irəli sürəcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu mətbuata açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş deyib.
 

Nazir bildirib ki, R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qismində namizədliyini irəli sürəcək.
 

Bundan başqa, keçmiş prezident Abdulla Gülün də namizədliyi barədə fikir bildirən N.Kurtulmuş bu addımın atılacağına inanmadığını bildirib.

Xəbər xətti