Bu gün İraqın paytaxtı Bağdadda silahlı hücum nəticəsində ən azı 25 nəfər ölüb, 63 nəfər yaralanıb. Səlahiyyətli şəxslərin sözlərinə görə, bu, artıq son üç gündə baş verən ikinci belə hadisədir.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, şəhər mərkəzindəki Tayaran Meydanında törədilən terrorda onlarla adam yaralanıb.
Rəsmi Bağdad deyir ki, şəhər yalnız 2014-cü ildə İŞİD tərəfindən ölkənin böyük əraziləri ələ keçirildikdən sonra gündəlik bombalanma və silahlı hücumlara məruz qalıb.
Ancaq dekabr ayında hücumçuların məğlubiyyətindən silahlı hücumların sayında sürətli azalma müşahidə olunub.
İraqın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, araşdırmalar nəticəsində daha çox cəsədin aşkar ediləcəyi ehtimal olunur.
Şənbə günü isə Bağdadda baş verən bombalı hücumda ən az 5 nəfərin həyatını itirdiyi bildirilir.