Afrika ölkələri Trampın üzr istəməsini tələb edib

19:40 - 15 Yanvar 2018 - DÜNYA

Afrika ölkələrinin BMT-dəki səfirləri ABŞ prezidenti Donald Trampın son bəyanatlarını qınayaraq onun üzr istəməsini tələb edib.

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, səfirlər ABŞ liderinin ölkələri haqqında sözlərini “yolverilməz” və “irqçi” adlandırıb.
 
Xatırladaq ki, ABŞ mətbuatının yaydığı məlumata görə, Ağ Evdə keçirilən müşavirədə Donald Tramp üçüncü dünya ölkələrini “murdar” adlandırıb.

Onun bu sözləri deyərkən Haiti, Salvador və bir sıra Afrika ölkələrini nəzərdə tutduğu bildirilir.

Xəbər xətti