Miloş Zeman prezident seçkilərinin ilk turunda qalib gəlib

23:35 - 13 Yanvar 2018 - DÜNYA

Çexiyanın hazırki Prezidenti Miloş Zeman səsvermənin ilkin nəticələrinin hesablanmasından sonra 39,1 faiz səs toplayaraq prezidet seçkilərinin ilk turunun qalibi olub.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ikinci tura Miloş Zemandan başqa ilk turda 26,3 faiz səslə ikinci yeri tutan Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş keçib.

 

Məlumata əsasən, prezident seçkilərinin ikinci turu yanvar ayının 260-27-də keçiriləcək. Prezident seçkilərində seçicilərin 61,16 faizi iştirak edib.

Xəbər xətti