Yaponiyada güclü qar 2 nəfərin ölümünə səbəb olub

22:20 - 13 Yanvar 2018 - DÜNYA

Yaponiyanın qərbinə yağan güclü qar 2 nəfərin ölümünə səbəb olub, 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, ən acınacaqlı vəziyyət Hönsü adasındakı Fukui və İsikava prefekturalarında yaranıb. İsikavada 11 nəfər xəsarət alıb.

 

Hazırda ölkənin bir sıra rayonlarında qarın hündürlüyü 80 santimetrə çatıb. Nəqliyyatın hərəkəti iflic olub.

Xəbər xətti