Yaponiyanın Sikoku adasının Kaqava prefekturasında quş qripi yayılıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Yaponiyanın kənd təsərrüfatı nazirliyi bu səbəbdən 92 min toyuğu məhv edib
Nazirliyin məlumatına əsasən, Sanuki şəhəri və ona yaxın bir neçə rayonda quş qripinin bir neçə forması aşkar edilib. Analizlər "H5N6" qripinin yayıldığını göstərir.
Toyuqların məhv edilməsi əməliyyatında 750 nəfər iştirak edib. Quş fabrikinin 10 km radiusu karantin zonası elan edilib.
Ərazidən yumurta, toyuq və toyuq məhsulları çıxarmaq qadağan edilib. Yollarda dezinfeksiya işləri aparılır.