İrandan yeni bəyanat: "ABŞ nüvə müqaviləsini pozur"

10:14 - 13 Yanvar 2018 - DÜNYA

İranın XİN rəhbəri Cavad Zərif ABŞ-la bağlı yeni fikir səsləndirib.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bəyanata əsasən, ABŞ-ın yeni sanksiyaları və Donald Trampın bəyanatı nüvə proqramı üzrə razılaşmanı pozmaq cəhdidir.

 

İranlı diplomatın sözlərinə görə, ABŞ İran kimi, müqavilənin şərtlərini qeyd-şərtsiz əməl etməlidir.

Zərif Tvitter hesabında yazıb: "Trampın siyasəti və bəyanatları çoxtərəfli müqaviləni pozmaq cəhdidir. Bu bəyanatlar müqaviləninin 26, 28, 29-cu paraqraflarına ziddir. Köhnə ritorikanı təkrar etməkdənsə, ABŞ müqaviləyə əməl etməlidir".

Xəbər xətti