İngiltərə ABŞ prezidenti Donald Trampın Birləşmiş Krallığa səfəri barədə açıqlama verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, açıqlamaya əsasən, Tramp dəvəti qəbul edib.
İngiltərə baş nazirliyinin mətbuat katibinin açıqlamasında deyilir: "ABŞ prezidenti Donald Tramp səfər dəvətimizi qəbul edib. Amma hələ dəqiq bir tarix təyin edilməyib".
Qeyd edək ki, Tramp bu gün səhər Londona səfərini təxirə saldığını bildirmişdi.