Türkiyə həbsə olan jurnalistləri azad etməyənədək Avropa İttifaqı ilə yaxınlaşmayacaq.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.
Onun sözlərinə görə, Türkiyə iri addımlarla Avropa İttifaqından uzaqlaşmaqda davam edir: “Görək, yaxın aylarda Türkiyə hansı irəliləyişlərə nail olacaq. Amma, jurnalistlər azad edilməyənədək heç bir irəliləyiş olmayacaq”.