ABŞ Şimali Koreya təhdidinə qarşı 200 əsgər və 3 ədəd "B-2" bombardmançı təyyarəni Quam adasına göndərib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, məlumat ABŞ Sakit Okean Hərbi Qüvvələr Komandanlığı tərəfindən də təsdiqlənib.
Komandanlığın Tvitter hesabında deyilir: "200 hava desantı və 3 "B-2" bombardmançısı Quam Andersen hərbi hava bazasına göndərilib".
"B-2"lərin adada hansı müddət ərzində qalacağı bildirilmir. Qeyd edilir ki, bu addım Şimali Koreyaya qarşı psixoloji təzyiq məqsədini güdür.