Rusiyanın XİN rəhbərli iranlı həmkarı Cavad Zərif ilə Suriya məsələsini müzakirə edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Sergey Lavrov İranın xarici işlər naziri ilə telefonda danışıb. Rusiyanın xarici işlər nazirliyi görüşün əsas mövzusunun Rusiyada keçiriləcək Suriya Xalq Konqresinin olduğunu bildirib.
Dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonda Suriya məsələsini müzakirə edib. Ərdoğan qeyd edib ki, Dəməşq hökumətinin həyata keçirdiyi hücumlar Astana prosesi və Soçi Zirvəsinin müsbət töhfələrinin üstündən xətt çəkir.