Türkiyənin Kayseri vilayətində polis İŞİD terror təşkilatının “kənd təsərrüfatı naziri”ni Tarık Əhmədi saxlayıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, keçirilən əməliyyat nəticəsində daha 9 İŞİD üzvü saxlanılıb.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Kayseridə İŞİD-in “cəlladlarından” biri Əbdülxalıq Əbdülqədir saxlanmışdı.