İstanbuldan İraqın Ərbil şəhərinə səfər edən sərnişin avtobusu Şırnak əyalətində qəzaya uğrayıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 3-ü azyaşlı olmaqla 9 nəfər ölüb, 28 nəfər yaralanıb.
Avtobusun sürücünün idarəetməni itirməsi səbəbindən yarğana aşdığı bildirilir.
Hadisə yerinə çox sayda xilasedici cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
Xəsarət alanların adları və vətəndaşlığı haqqında məlumat verilmir.