Türkiyədə Xüsusi təyinatlı polis departamenti ləğv edildi

21:32 - 12 Yanvar 2018 - DÜNYA

Türkiyə Baş Polis İdarəsinə məxsus Xüsusi təyinatlı polis departamentinin ləğvi rəsmi olaraq qüvvəyə minib.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir.
 

Məlumata əsasən, departamentin ləğvi haqqında qərar ölkənin Daxili İşlər Nazirliyinin 2 noyabr 2017-ci il tarixli müraciəti əsasında həmin il noyabrın 20-də Nazirlər Kabineti tərəfindən qəbul edilib.
 

Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində Baş Polis İdarəsinin Xüsusi təyinatlı polis departamenti 22 mart 1983-cü ildə yaradılıb.

Xəbər xətti