Kolumbiyada "ELN" üsyançıları ilə Boqota hökuməti arasındakı sülh görüşləri iflasa uğrayıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, üsyançıların hücumu nəticəsində bir çox əsgər ölüb və yaralanıb.
Yüz gün davam edən atəşkəs başa çatdıqdan sonra "ELN" yenidən silaha sarıldı. Bununla da sülh görüşləri başa çatdı.
Kolumbiya prezidenti Xuan Manuel Santos Ekvadordakı müzakirə heyətini ölkəyə çağırıb.
Qarşılıqlı atəşkəs başa çatdıqdan sonra qruplaşma gecə saatlarında təhlükəsizlik qüvvələrinə və neft kəmərinə hücum edib.