Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, səfər yanvarın 16-dan 18-dək davam edəcək.
E.Məmmədyarov Fransa rəsmiləri ilə görüşəcək və müzakirələr aparacaq.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Parisdə YUNESKO-nun mənzil-qərargahında olacaq və burada da bir sıra görüşlər keçirəcək.