Fələstin dövlətinin başçısı Mahmud Abbas fevralın ilk yarısında Moskvaya səfər etmək niyyətindədir.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofal bildirib.
O deyib ki, Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və onunla regional məsələləri, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınmasını müzakirə etmək istəyir.