Yeraltı təkanlar İraqa keçdi - 5,5 bal

11:43 - 11 Yanvar 2018 - DÜNYA

İraqın şərqində, İranla sərhəd bölgəsində Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ baş verib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar Bağdaddan 130 kilometr şərqdə və İranın İlam şəhərindən 60 kilometr qərbdə baş verib.
 

Zəlzələnin episentri yerin 40 kilometr dərinliyində qeydə alınıb.
 

Hadisə nəticəsində xəsarət alanlarına olub-olmaması barədə hələ məlumat verilməyib.

Xəbər xətti