NASA ulduzların yaranmasını KƏŞF ETDİ

22:55 - 11 Yanvar 2018 - DÜNYA

NASA "Sofia" adlı uçan teleskopu sayəsində ulduzların qaz və toz buludlarından necə yarandığına dair önəmli məlumatlar əldə edib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, teleskopun məlumatlarını incələyən alimlər ulduzların yaranmasında maqnit sahələrinin böyük rol oynadığını aşkar ediblər.

Dünyaya ən yaxın ulduz yaranma bölgələrindən olan "Rho Ophiuchi A"-nı araşdıran astronomlar "Sofia" teleskopuna yeni aparat yerləşdiriblər.

Bununla da qalaktikamızdakı molekulyar qazlar və toz zərrəciklərindən ibarət iri buludların öz kütlə cazibələri ilə necə möhkəmləndiyi müşahidə edilib.

Alim Fabio Santos bildirir ki, ulduz və planetlərin yaranma prosesi astronomiya elminin ən müəmmalı sirlərindəndir.

Bu vaxta qədər əldə edilən məlumatlara əsasən, ulduzların yaranması iri qaz və toz buludlarının sıxılması ilə baş verir.

Getdikcə yoğunlaşan bu buludlar parçalanaraq qaz yığınına çevrilir. Sonra isə nüvə deyilən qalın maddələr yaranır. Kiçik ulduzlar da qaz və tozdan yaranan bu qalın nüvələrdə olur.

"Sofia"dan əldə edilən məlumatlara əsasən, buludlardakı toz zərrəcikləri maqnit sahələri ilə sürətlənirlər.

Xəbər xətti