“Bu dünya üçün surpriz olar” —Donald Tramp

21:48 - 11 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə Şmali Koreya arasında münasibətlərin düzələcəyinə ümid etdiyini bildirib.


"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə D.Tramp çərşənbə günü kabinetinin yığıncağında bildirib. Onun sözlərinə görə, iki qonşu ölkə arasında əlaqələrin bərpası dünya üçün böyük töhfə ola bilər.
 

“Kim nə bilir ki, işlər necə olacaq. Biz də daxil olmaqla, bütün dünya hazırda Cənubi Koreya ilə KXDR arasındakı münasibətlərin necə cərəyan etdiyini izləyir. Onların dil tapması, təkcə region üçün deyil, həm bizə, həm də bütün dünyaya xoş surpriz olar”, - deyə Tramp bildirib.

Xəbər xətti