Çin sahillərində qəza baş verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Panamaya məxsus neft tankeri Honkonqa məxsus yük gəmisi ilə toqquşub.
Nəticədə dəhşətli partlayış baş verib. Hadisə yerində müvəqqəti olaraq yanğınsöndürmə işləri təxirə salınıb.
Xilasetmə gəmiləri təhlükəsiz mövqeyə çəkilib.
Tanker 136 min ton qaz kondensatı daşıyırmış. Baş verən hadisə ekologiya üçün potensial təhlükədir.
Gəmidə olan32 nəfərin taleyi naməlumdur.