2017-ci il ərzində Türkiyədə ümumilikdə 20 min ton heroin müsadirə edilib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazirin sözlərinə görə, bu rəqəm ondan xəbər verir ki, Türkiyə böyük bir təhlükə ilə üz-üzədir və narkomaniya ilə mübarizəni gücləndirməlidir.
S.Soyli daha sonra əlavə edib ki, 2017-ci ilə 520 adam dozadan artıq narkotik maddə qəbulundan ölüb.
Qeyd edək ki, İstanbul polisi yanvarın 9-da keçirdiyi əməliyyat zamanı 500 kiloqram narkotik vasitə, o cümlədən 150 kiloqram heroin aşkar etmişdi.