Puçdemon Kataloniyanı Brüsseldən idarə edəcək

01:10 - 11 Yanvar 2018 - DÜNYA

İspaniyada 21 dekabr seçkilərindən sonra müstəqillik tərəfdarları Muxtar Kataloniya Regionunun vəzifədən uzaqlaşdırılan lider Puçdemona səlahiyyətini təslim etmək məsələsində razılığa gəliblər. "
 

"Ucnoqta.az" Ölkə.Az"a istinadən xəbər verir ki, Puçdemon Kataloniyanı həbs edilməmək üçün getiyi Brüsseldən idarə edəcək. Puçdemon Milli Məclisin iclaslarında video konfrans vasitəsilə iştirak edəcək. Eyni zamanda bir məclis üzvü onu təmsil də edə bilər.
 

Ehtimal edilir ki, Puçdemon Kataloniyaya qayıtsa, həbs edilə bilər. Bu səbəbdən partiya üzvləri Puçdemona andiçməni video konfrans vasitəsilə həyata keçirə biləcəyini təklif ediblər.

Xəbər xətti