Trampın gənc miqrantlarla bağlı qərarına hakim etirazı

15:42 - 10 Yanvar 2018 - DÜNYA

ABŞ prezidenti Donald Trampın gənc miqrantlarla bağlı qərarı hakim tərəfindən etirazla üzləşib.
 

"Ucnoqta.az"  xəbər verir ki, uşaq yaşlarında qeyri-qanuni şəkildə ABŞ-a köçən miqrantları qoruyan proqramın başa çatması barədə Trampın qərarına məhkəmə etiraz edib. Məhkəmə proses başa çatana qədər "proqram davam etsin"-deyib.

 

Hakim Uilliyam Alsap Trampın qərarına qarşı başlayan məhkəmə prosesləri başa çatana qədər qanunun qüvvədə olacağını açıqlayıb.

Qeyd edək ki, seçki kampaniyası dövründə ölkəqə qeyri-qanuni yerləşən və Obama dövründə ABŞ-da yaşama hüququ əldə edən 800 min miqrant var.




















//Ölkə.Az//

Xəbər xətti