Cənubi Koreya prezidenti: "Kim Çen İnlə görüşə hazıram"

23:38 - 10 Yanvar 2018 - DÜNYA

Cənubi Koreya respublikasının prezidenti Mun Çje İn Şimali Koreya lideri ilə görüşə hazır olduğunu bəyan edib.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bəyanata əsasən, Mun Çje müəyyən şərtlərlə Kim Çen İnlə müzakirələrə hazırdır. Bu barədə açıqlama prezidentin mətbuat konfransında səsləndirilib.
 

Mun Çje İn 2017-ci ilin yay aylarında Berlindəki çıxışı zamanı Kim Çen İnlə əlaqə qurmağın vacibliyini vurğulamışdı. Cənubi Koreya prezidenti qeyd etmişdi ki, əgər Koreya yarımadasında gərginlik azalsa, yüksək səviyyədə danışıqlar başlaya bilər.

Xəbər xətti