İsraildə onkoloji xəstəlikləri araşdıran bir qrup alim yeni kəşfə imza atıblar.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, alimlər qızılın şiş tərəfindən yayılan radiasiyanı artıra biləcəyini ehtimal edərək xərçəng müalicəsində qızıldan istifadə edilməsini araşdırmağa başlayıblar.
Alimlər ağız və burun boşluğunda spirtli içki və tütün məmulatlarının istifadəsindən yaranan xərçəng növlərini müalicə etmək istəyirlər.
Professor Aron Popovtzer deyib: "Baş və boyun nahiyələrində yaranan xərçəng xəstəliyi ilə mübarizə məsələsində baş verən problem radiasiya (şüa) müalicəsinə qarşı göstərilən müqavimətdir. Bu tip xəstələrin 40 faizi dünyasını dəyişir".
Araşdırmanın əsas məqsədi şiş tərəfindən əmilən radiasiya miqdarını artıraraq bu müqaviməti qırmaqdır. Qızıl isə şiş tərəfindən qəbul edilən radiasiya miqdarını artırır. Orqanizmə yerləşdirilən qızıl parçaları isə hər istiqamətə gedə bilər. Bu səbəbdən məqsəd şişə qızıl hissəcikləri yerləşdirməkdir".