Pakistan ABŞ-la müdafiə sahəsində əməkdaşlığı dayandırdı

12:47 - 10 Yanvar 2018 - DÜNYA

Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan bu ölkə ilə ABŞ arasında müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığın dayandırıldığını elan edib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu addım Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarı ilə bağlıdır.

 

X.Dəstgir Xan bildirib ki, iki ölkə arasında hörmət çərçivəsində açıq dialoqun vaxtı çatıb.

 

Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamenti terror təşkilatlarına qarşı qətiyyətli şəkildə mübarizə aparmayanadək Pakistana təhlükəsizlik sahəsində edilən maliyyə yardımının dayandırılacağını bildirmişdi.

Xəbər xətti