Məleykə Abbaszadə: “İmtahanların vaxtı gələn həftə elan ediləcək

12:34 - 10 Yanvar 2018 - Xəbər

“Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”.
 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.


O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: “İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.
 

M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.

Xəbər xətti